Göygöl rayonunda yaşayış evlərinin birində kişi meyiti aşkarlanıb.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü İlqar Bayramovun cansız bədəni yaxınları tərəfindən tapılıb.
İlkin məlumata görə, 57 yaşlı kişinin ciddi sağlamlıq problemləri olub.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

