Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5208 nəfərə yüksəlib.
Bu barədə ölkə hökumətinin rəsmi məlumatında bildirilib.
Yenilənmiş rəqəmlərə əsasən, təbii fəlakət zamanı 16 min 740 nəfər yaralanıb. Xilasetmə əməliyyatları nəticəsində 6462 nəfərin həyatını xilas etmək mümkün olub.
Son sutka ərzində ölənlərin sayı 139 nəfər artıb, xilas edilənlərin sayı isə dəyişməyib.
Hakimiyyət orqanlarının məlumatına görə, indiyədək 128 min 324 ailəyə yardım göstərilib. Hazırda 23 min 820 nəfər müvəqqəti sığınacaqlarda qalır, 17 min 907 sakin isə evsiz qalıb.
Zəlzələ nəticəsində 856 binaya ziyan dəyib. Onlardan 190-ı tamamilə dağılıb.
Venesuelada zəlzələ iyunun 24-də axşam saatlarında baş verib. Ölkədə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan seriyası qeydə alınıb.

