Zaqatalada 60 yaşlı kişinin meyiti aşkarlanıb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Zilban kəndində qeydə alınıb. Kənd sakini Şaban Aslanovun meyiti yaşadığı evdə tapılıb. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. İlkin məlumata əsasən, mərhum ürək çatışmazlığından əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.

