Gəncə şəhərində evlərdən birində yeniyetmə qızın meyiti aşkarlanıb.
DenMedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə göndərilib.
Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir, ölüm səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

