Goranboy rayonunda 18 yaşlı qızın meyiti yaşadığı evdə aşkar edilib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb.
Məlumata görə, 2008-ci il təvəllüdlü Z.Qurbanovanın meyiti ailəsi ilə birlikdə yaşadığı evdə tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Meyit müayinə aparılması üçün aidiyyəti üzrə təhvil verilib.
Ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

