Avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan verilən məlumata görə, ilkin araşdırmalar zamanı meyitləri aşkar edilən şəxslərin 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Məmmədova olduğu müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi – özünü öldürmə həddinə çatdırma ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Hazırda hadisənin bütün halları, şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılır, müvafiq ekspertizalar təyin edilib. Aidiyyəti dövlət qurumları, o cümlədən daxili işlər orqanlarının əməkdaşları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

