19 
okt
2023
17:35
192

Naxçıvanda gənc oğlan 50 yaşlı kişini öldürdü

19 okt, 2023
17:35
192

Naxçıvanda gənc oğlan 50 yaşlı kişini öldürdü

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kənd sakini 50 yaşlı Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Den.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 29 yaşlı Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin  Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar