Abşeronda qətl hadisəsi olub.Den.az
Baş Prokurorluqdan Den.az-a verilən xəbərə görə, iyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 61 yaşlı Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 26 yaşlı Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.