Fransanın Kann şəhərində Səudiyyə şahzadəsinin evindən ümumi dəyəri 500 min avro olan əşyalar oğurlanıb.
TF1 telekanalı mənbəyə istinadən bildirir ki, oğurlanan əşyalar arasında dəbdəbəli dəri məmulatları və zərgərlik əşyaları olub.
Oğurluq yerli vaxtla 22:00-dan 01:00-dək baş verib. Hadisə zamanı şahzadə evdə olmayıb.
Cinayəti törədən şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Bildirilir ki, istintaqçılar müşahidə kameralarının görüntülərini təhlil edəcəklər.

