Fransada Lalik zərgərlik muzeyindən ümumi dəyəri təxminən 4 milyon avro olan qiymətli əşyalar oğurlanıb.
Le Parisien qəzetinin məlumatına görə, hadisə Fransanın Vingen-sür-Moder kommunasında yerləşən muzeydə baş verib.
Naməlum şəxslər muzey binasına daxil olublar. Bu zaman həyəcan siqnalı işə düşsə də, oğrular hadisə yerindən qaça biliblər.
Oğurluqdan sonra hadisə yerinə ilk gələn şəxs təmizlik işçisi olub. O, muzeydə qarət izlərini görərək polisə məlumat verib.
İstintaqa yaxın mənbə nəşrə bildirib ki, muzeydən təxminən 20 ədəd zinət əşyası aparılıb.
Qeyd olunur ki, 2025-ci ilin oktyabrında Luvrda baş verən oğurluq hadisəsindən sonra Lalik muzeyi də riskli obyektlər siyahısına daxil edilmiş və xüsusi nəzarət altında saxlanılmışdı.

