Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü döl aşkar edilib.
Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilkin olaraq tapılan meyitin erkən doğulan körpəyə aid olması ehtimal edilib. Onun kim və ya kimlər tərəfindən poliqona atılması istiqamətində polis tərəfindən araşdırma aparılır.
Qeyd olunur ki, sözügedən poliqon Gəncədə məişət tullantılarının atıldığı ən böyük ərazidir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 19 avqust 2026-cı ildə Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçiriblər. Məhkəmə-tibbi ekspertiza təyin olunub, həmçinin hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

