Hindistanda uçurum kənarında intihara cəhd edən oğlunun qarşısını almağa çalışan ata onunla birlikdə yüksəklikdən aşağı düşüb.
Hadisədən dərhal sonra ağır şok keçirən ana da həyat yoldaşı və oğlunun ardınca uçurumdan atılıb.
Faciə nəticəsində eyni ailədən üç nəfər hadisə yerində həyatını itirib.

Məlumat daxil olduqdan sonra əraziyə xilasedici qruplar cəlb olunub. Cəsədlər çətin şəraitdə aparılan əməliyyatdan sonra uçurumdan çıxarılıb.

