Manisanın Yunusemre rayonunda ailə faciəsi baş verib. 83 yaşlı Ercan Özer 72 yaşlı həyat yoldaşı Emine Özeri evdə yatarkən qətlə yetirib.
Şübhəlinin hadisədən sonra nəvəsinə zəng edərək törətdiyi əməli etiraf etdiyi bildirilir. O, polis tərəfindən saxlanılıb.
Hadisə saat 11:00 radələrində Topçuasım məhəlləsində yerləşən yaşayış binasında qeydə alınıb. Məlumata görə, bir müddətdir ailədaxili gərginlik yaşanırdı. Kişi həyat yoldaşına evdə hücum edib. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
İlkin məlumatlara görə, şübhəli hadisədən dərhal sonra nəvəsinə zəng edərək “Babaannenizi öldürdüm” deyib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlər qadının öldüyünü təsdiqləyiblər. Şübhəli hadisə yerində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

