Bakıda dənizçi Elvin İbadovun meyiti tapılıb.
Denmedia.az lent.az-a istinadla xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb. Ölümün səbəbi hələlik məlum deyil.
Elvin İbadov Azov dənizində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan “Natra” gəmisində motorçu kimi çalışıb. Hadisədən sonra o, Bakıya qayıdıb.
Dənizçinin ölümü ilə bağlı araşdırma aparılır.


