Çin və Nepal sərhədində yerləşən Qirong sərhəd-keçid məntəqəsində baş verən güclü torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb, 546 nəfər isə itkin düşüb.
Bu barədə “Sinxua” agentliyi Qirong bölgəsinin yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Çin tərəfinin açıqlamasına görə, hadisə avqustun 26-da baş verib və itkin düşənlərin sayı 546 nəfərə çatıb.
İtkin düşənlər arasında 23 ölkədən 261 xarici vətəndaş var. Onlardan 104-ü Nepal, 49-u Hindistan, 33-ü Latviya, 18-i ABŞ vətəndaşıdır. Digər ölkələrin vətəndaşlarının da itkin düşdüyü bildirilir.
Güclü su, palçıq və daş kütləsi sərhəd bölgəsindən keçərək Qirong sərhəd məntəqəsinə ciddi ziyan vurub, yaşayış məntəqələrini və mühüm infrastrukturu dağıdıb. Fəlakət nəticəsində körpülər və yollar sıradan çıxıb, axtarış-xilasetmə işləri isə mürəkkəb relyef və pis hava şəraiti səbəbindən çətinləşib.
Nepalda da fəlakətin miqyası olduqca böyükdür. Son məlumatlara görə, ümumilikdə Nepal və Tibetdə ölənlərin sayı yüzlərlə, itkin düşənlərin sayı isə 3 mindən çoxdur.

