Bakı–Sumqayıt şosesində yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, yolda hərəkətdə olan “MAN” markalı yük avtomobili beton arakəsməyə çırpılıb.
Qəza nəticəsində yük avtomobilinə ciddi ziyan dəyib, beton arakəsmənin bir hissəsi dağılıb.
Hadisə səbəbindən yolun həmin hissəsində nəqliyyat sıxlığı yaranıb.

