Xankəndi–Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, qəza ötən gecə qeydə alınıb.
İlkin məlumata əsasən, hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan Bayram Verdiyev hadisə yerində həyatını itirib. Digər sərnişin Orxan Şirinov isə xəsarətlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

