Goranboy rayonunda güclü partlayışla müşayiət olunan yanğın baş verib.
DenMedia.az-ın qaynar xəttinə daxil olan ilkin məlumata görə, partlayış rayon ərazisindəki anbarlardan birində baş verib.
Partlayışın səsi və zərbə dalğasının bir neçə kənddə hiss olunduğu, bəzi evlərin silkələndiyi bildirilir. Hadisə yerindən güclü alov və tüstü yüksəlib.
Məlumata görə, partlayış Gəncə şəhərində də hiss olunub.
Hazırda FHN və digər aidiyyəti qurumların əməkdaşlarının hadisə yerinə yollandığı bildirilir.
Təhminə Hüseynova
Denmedia.az

