Buenos-Ayresdə Otowil zavodunda güclü partlayış və yanğın baş verib. Bu barədə La Nación qəzeti məlumat yayıb.
Hadisənin səbəbləri və xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Hadisə yerli vaxtla 01:30-da şəhərin San Fernando rayonunda qeydə alınıb. Partlayışdan sonra müəssisədə yanğın başlayıb və alov ətrafdakı digər binalara keçib. Hazırda yanğın lokallaşdırılıb.
Bundan əlavə, yaxınlıqdakı 15 kvartalda bir neçə yaşayış evi elektrik enerjisiz qalıb.

