Sumqayıtda kişi öz valideyninin evini yandırıb. Bu barədə DenazTv-yə hadisə şahidləri məlumat veriblər.
Belə ki, şəhərinin Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, yanğının ev sahibinin oğlu tərəfindən törədildiyi bildirilir. O, polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb.
Hadisənin təfərrüatları və yanğının dəqiq səbəbləri araşdırılır.
Ellada Rəsul
Denmedia.az

