Sumqayıt şəhərində qeyri-adi hadisə baş verib. Şəhərin Corat bağları ərazisində, Göygöl küçəsi 102 ünvanında yaşayan bir kişi öz evini yandırmaq istəyib.
Hadisə barədə Denmedia.az-a şahidlər məlumat verib. Bildirilir ki, həmin şəxs evində yanğın törətməyə cəhd edib. Lakin vaxtında xəbərdar edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları operativ şəkildə hadisə yerinə cəlb olunaraq yanğının qarşısını alıblar.
Əraziyə həmçinin polis əməkdaşları da çağırılıb. Hazırda evini yandırmaq istəyən şəxsin kimliyi dəqiqləşdirilir. Onun bu addımı atmasının səbəbləri araşdırılır.
Hadisə ilə bağlı ictimai təhlükəsizliyin təmin olunması üçün ərazidə gücləndirilmiş tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az