Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb.
Denmedia.az xəbər verir ki, hadisə dünən saat 12 radələrində şəhərin 49-cu məhəlləsində baş verib.
63 yaşlı Yaşar Təvəkkül oğlu Əsgərov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə yolu piyada keçən 46 yaşlı Gülnarə Rafiq qızı Süleymanovanı vurub.
Qadın aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

