Moskva–Bakı reysi ilə Azərbaycana gələn sərnişinin əl yükündəki ayaqqabının içərisindən gizlədilmiş 11 patron aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Rusiya vətəndaşı Moskvadan Bakıya təyyarə reysi ilə gəlib. Onun əl yükü stasionar rentgen aparatı vasitəsilə yoxlanılarkən şübhəli təsvirlər müəyyən edilib.
Sonrakı yoxlama zamanı əl yükündə olan ayaqqabının içərisində gizlədilmiş 11 patron aşkarlanıb.
Ekspertiza rəyinə əsasən, götürülən patronların 9×18 mm çaplı, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatları olduğu və atəş üçün yararlı olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

