Astara Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarəti tədbirləri zamanı qanunsuz dövriyyədən külli miqdarda marixuana aşkar edərək götürüblər.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, “Cənub Astara” gömrük postunda İrandan Rusiyaya salat yarpağı yükü aparan yük avtomobilinə baxış keçirilib. Yoxlama zamanı stasionar rentgen qurğusundan istifadə olunub və yükdə şübhəli cizgilər aşkarlanıb. Bundan sonra nəqliyyat vasitəsi dərinləşdirilmiş yoxlamaya yönləndirilib.
Xidməti itin tətbiqi ilə aparılan yoxlama zamanı salat yükü kimi maskalanmış 191 bağlamada külli miqdarda narkotik vasitə — ümumi təmiz çəkisi 22 kiloqram 565 qram olan qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

