Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.
Maştağa qəsəbəsində “Khazar” markalı avtomobil bir neçə park edilmiş nəqliyyat vasitəsinə çırpılıb. Sükan arxasında olan 23 yaşlı Rüstəm Həbibovun (adı və soyadı) şərti göstərilib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qəsəbədə yeni tanış olduğu qızı qaçırıb. Bu müddət ərzində cütlük onun “Khazar” markalı avtomobili ilə hərəkət edib və gecələri də maşının salonunda keçirib.
Qızın anası övladının tapılması üçün polisə müraciət edib. Ananın rəfiqəsi də məsələnin sülh yolu ilə həllinə kömək etməyə çalışıb və Rüstəmlə qızı görüşə dəvət edib.
Rüstəm görüş yerinə çatanda polis avtomobilini görüb və panikaya düşərək ərazidən uzaqlaşmağa çalışıb. O, sürəti artırsa da, idarəetməni itirib və bir neçə park edilmiş avtomobilə çırpılıb.
Rüstəm Həbibov barəsində inzibati protokol tərtib edilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka inzibati həbs olunub.

