Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mollanın 16 yaşlı qızı qaçırdığı iddia olunur.
Den.az-a daxil olan məlumata görə, Aşağı Güzdək qəsəbə məscidinin axundu Tahirov Turab Əliqan oğlu ilə bağlı ciddi ittihamlar irəli sürülüb.
İddialara əsasən, axund məscidə Quran dərsi almağa gələn 16 yaşlı qız uşağını qaçırıb. Qızın ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Məsələ ilə bağlı gündəmə gələn başqa bir ciddi iddia isə axundun məscidə daxil olan vəsaitləri – təxminən 20 min manatı mənimsəməsidir.
Fərhad Ələkbərli