Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində güclü partlayış baş verib.
“Unitel”in polisə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində azı 2 nəfər ölüb, 59 nəfər yaralanıb. Daha 7 nəfər isə itkin düşmüş hesab olunur.
Yaralananlar arasında həm hərbçilər, həm də mülki şəxslər var. Boliviyanın müdafiə naziri Ernesto Xustiniano bildirib ki, xəsarət alanlardan 6-sı hərbçi, digərləri isə mülki şəxslərdir.
Nazirin sözlərinə görə, partlayış pirotexniki materialların saxlanıldığı ərazidə baş verib. Güclü zərbə dalğası yaxınlıqdakı yaşayış evlərinə də ziyan vurub.
Hadisə yerində xilasedicilər və fövqəladə xidmət əməkdaşları işləməyə davam edirlər. Partlayışın dəqiq səbəbi araşdırılır.
Denmedia.az

