Mayami Beynəlxalq Hava Limanında “Amazon Prime Air” üçün uçuş həyata keçirən “Boeing 767” yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
Hadisə nəticəsində azı 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib. Mayami-Deyd dairəsinin şerifi Rouzi Kordero-Stuts hazırda ictimai təhlükəsizlik üçün əlavə risk olmadığını bildirib.
Məlumata görə, təyyarə zolaqdan çıxdıqdan sonra yaxınlıqdakı bir neçə nəqliyyat vasitəsinə çırpılıb və alovlanıb. Hadisə hava limanında uçuşların müvəqqəti dayandırılmasına səbəb olub. Qəzanın səbəbi araşdırılır.
Denmedia.az

