Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə sentyabrın 6-da saat 02:30 radələrində Sabunçu qəsəbəsi ərazisində, Olimpiya stadionunun yaxınlığında qeydə alınıb.
Məlumata görə, 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil eyni yaşda olan Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ötməyə çalışarkən ona toxunub.
Toqquşmadan sonra “Hyundai” idarəetmədən çıxaraq aşıb və yolun kənarına düşüb. Qəza zamanı ağır xəsarət alan Şahin Məmmədov Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Denmedia.az

