Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Den.az” xəbər verir ki, bu haqda DİN məlumat yayıb.
Bildirilib ki, “Mercedes” markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan “Volkswagen” markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.