Tovuzda ailə münaqişəsi qanla nəticələnib. Ata aralarında yaranan mübahisə zamanı oğluna bıçaq xəsarəti yetirib.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Ağdam kəndində baş verib.
Aydın Məmmədov yaranan mübahisə zamanı oğlu, 1997-ci il təvəllüdlü Nicat Məmmədovun boğaz nahiyəsinə bıçaqla zərbə endirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.

