Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şəki–Qax avtomobil yolunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil ağaca çırpılıb.
Qəza zamanı 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

