Sinqapur bayrağı altında üzən “GFS Pride” konteyner gəmisi Hörmüz boğazında hücuma məruz qaldıqdan sonra yanaraq batıb. Gəmidə yüzlərlə “iPhone” telefonunun və lüks ətirlərin daşındığı iddia olunur.
“The National” nəşrinin məlumatına görə, hadisə oktyabrın 13-də baş verib.
İran tərəfi gəminin dəniz minasına toxunduğunu bildirsə də, Sinqapurun Dənizçilik və Liman İdarəsi onun naməlum mərmi ilə vurulduğunu açıqlayıb.
Hadisə nəticəsində gəmidə yanğın başlayıb və daha sonra gəmi batıb.
Göyərtədə olan 21 ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilib.
Sosial şəbəkələrdə yayılan məlumatlarda gəminin yüzlərlə yeni “iPhone”, bahalı ətirlər və digər məhsullar daşıdığı iddia edilib.
Həmçinin kiçik qayıqlarla dənizə çıxan insanların suyun üzərində qalan yükləri topladığını göstərdiyi bildirilən görüntülər yayılıb.

