Toqo bayrağı altında üzən “Trend” tankeri Hörmüz boğazından keçməyə cəhd etdikdən sonra yanıb. Bu barədə İranın IRNA agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, gəmi boğazdan keçərkən vurulub və baş verən yanğın nəticəsində hərəkətini dayandırıb.
“Ötən gecə Toqo bayrağı altında üzən "Trend" tankeri <...> Hörmüz boğazından qanunsuz keçməyə cəhd edib. Gəmi vurulub və baş verən yanğın nəticəsində dayanıb”, – məlumatda bildirilir.

