Banqladeşin cənubunda yerləşən istirahət kompleksində baş verən yanğın nəticəsində azı 10 turist həyatını itirib, 4 nəfər yaralanıb.
Bu barədə The Daily Star qəzeti yerli Yanğından Mühafizə və Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə səhər saatlarında Koks-Bazar dairəsinin Uxiya şəhərində, İnani çimərliyinin Patuartek ərazisində yerləşən “Tuptup Resto & Resort” otelində qeydə alınıb.

Hadisə yerinə gələn xilasedicilər 10 nəfərin meyitini aşkarlayıblar. Həlak olanların hamısının turist olduğu bildirilir.
Yanğın zamanı xəsarət alan daha 4 nəfər Koks-Bazar şəhərindəki xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərilir.

