Macarıstanda turist avtobusu yoldan çıxaraq xəndəyə düşüb və aşıb. Qəza nəticəsində 12 nəfər həyatını itirib.
Associated Press-in məlumatına görə, daha 10 nəfər xəsarət alıb.
Polşa qeydiyyat nişanlı avtobus Budapeştdən təxminən 87 kilometr məsafədə yerləşən magistralda qəzaya uğrayıb.
Polis ilkin olaraq qəzanın səbəbinin sürücünün sükan arxasında yuxuya getməsi ola biləcəyini ehtimal edir. Hadisə ilə bağlı araşdırma aparılır.

