İstanbulda 15 ton mayeləşdirilmiş təbii qaz daşıyan tanker aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb, qaz sızması səbəbindən yolda hərəkət dayandırılıb.
Bu barədə DHA agentliyi məlumat yayıb.
Hadisə səhər saatlarında İstanbulun Bakırköy rayonunda baş verib. Döngədə idarəetməni itirən sürücü əvvəlcə yük avtomobilini yol kənarındakı maneəyə çırpıb, daha sonra tanker aşıb.

Yüngül xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Qaz sızması səbəbindən təhlükəsizlik tədbirləri görülərək yol nəqliyyatın hərəkətinə bağlanıb.
Təxminən beş saat davam edən əməliyyatdan sonra aşan tanker iki kranın köməyi ilə yoldan götürülüb.

