Qazdaşıyan tanker MT Sarv Shakti Hörmüz boğazını keçib. Bu barədə ANI agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, gəmi Marşal adaları bayrağı altında üzür və Hindistanın şərqində yerləşən Vişakhapatnam limanına istiqamət alıb. Tanker 46 min tondan çox mayeləşdirilmiş təbii qaz daşıyır.
Gəmidə 20 nəfərlik heyət var, onların 18-i Hindistan vətəndaşıdır.
Yükün alıcısı Hindistanın dövlət şirkəti Indian Oil Corporationdır.
Tanker fevralın əvvəlində Fars körfəzi akvatoriyasına daxil olub və Dubay sahillərində yük götürüb.

