Əyləncə mərkəzində başlayan yanğın, daha sonra restorana keçib. Alov hər tərəfi bürüyüb.
Denmedia.az xəbər verir ki, güçlü yanğın hadisəsi Abşeron rayon Xırdalan şəhərində AAAF PARK yaşayış kompleksində qeydə alınıb.
Şahidlərinin sözlərinə görə, hadisə səhər saat 7-də baş verdiyindən yanğından gec xəbər tutulub. Məhz buna görə də , alovun əhatə dairə genişlənib. Bu ərazidə isə artıq ikinci belə hadisədir qeydə alınır.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, Abşeron rayon Polis idarəsinin əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Yanğının genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.
Qeyd edək ki, yanğın zamanı əyləncə mərkəzinə və restorana ciddi ziyan dəyib. Ölüm və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

