Güclü alov iaşə obyektini tam ağuşuna alıb. Yanğın restoranın dörd bir tərəfini bürüyüb.
“Den.az” xəbər verir ki, dəhşətli yanğın hadisəsi gecə saatlarında Abşeron rayonun Xırdalan şəhərində ki, AAAF Park Yaşayış Kompleksi ərazisində yerləşən faxralı restoranında baş verib.
Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı almaq üçün səfərbər olunub. Ərazidə FHN-nin qərərgahı yaradılıb. Restoran yaşayış binalarının əhatəsində olduğundan təhlükənin miqyası nəzərə alınaraq əraziyə əlavə yanğınsöndürən briqadalar çağrılıb. Şahirdlərin sözlərinə görə, restoranın daxilində elektrik cihazında anidən partlayış qeydə alınıb. İaşə obyektinin taxta kanstruksiyadan ibarət olması yanğının qısa vaxt ərzində yayılmasına səbəb olub.
Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib. Qeyd edək ki, iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına eləcədə yaxınlıqda yerləşən yaşayaış binalarına keçməsinə imkan verilmədən tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Den.az