Bakı–Sumqayıt yolunda sərnişin Elvira Vəliyevanı hədələməkdə şübhəli bilinən taksi sürücüsü saxlanılıb.
Hazırda sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
Daha əvvəl E.Vəliyeva TikTok hesabında video paylaşaraq hadisənin gediş haqqının ödənilməsi ilə bağlı mübahisə nəticəsində baş verdiyini bildirib.
Qadının sözlərinə görə, sürücü ondan əlavə ödəniş tələb edib. O, əlavə pul ödəməkdən imtina etdikdən sonra isə sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələməyə başlayıb.

