Şəxsi avtomobilində xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs edilib.
DenMedia.az xəbər verir ki, hadisə Saatlı rayonu ərazisində qeydə alınıb.
Saatlı Rayon Polis Şöbəsinə müraciət edən xanım şikayətçi evə getmək üçün əyləşdiyi taksinin sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.
Şikayətlə bağlı araşdırmalar aparılıb və 23 yaşlı sürücü O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə aparılıb.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Məhərrəmov inzibati qaydada 8 sutka həbs edilib.

