Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Den.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakı sakini 12 kiloqram narkotiklə saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.