İran Fars körfəzi ölkələrində yerləşən ABŞ-a məxsus dörd hərbi bazaya zərbələr endirdiyini açıqlayıb. Bu barədə İran KİV-ləri məlumat yayıb.
Fars agentliyinin İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən yaydığı xəbərə görə, raket zərbələri Qətərdəki Əl-Udeyd aviabazasına, Küveytdəki Əli əl-Salem aviabazasına, BƏƏ-də yerləşən Əl-Dafra aviabazasına, eləcə də Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasına endirilib.
Hazırda hücumların nəticələri və mümkün itkilərlə bağlı rəsmi təsdiqlənmiş məlumat verilməyib.

