İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiyə” Mərkəzi Qərargahının nümayəndəsi bildirib ki, Tehran Yaxın Şərqdəki ABŞ və İsrailə məxsus maliyyə mərkəzlərinə zərbələr endirəcək.
Məlumata görə, bu addım ölkədə yerləşən banklardan birinə edilən hücuma cavab olacaq. Bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Açıqlamada qeyd olunub ki,
“Ötən gecə ABŞ-ın terrorçu ordusu və sionist İsrail rejimi hərbi məqsədlərinə nail ola bilmədikdən sonra ölkəmizdəki banklardan birinə hücum edib”.

