ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində İrana qarşı hərbi əməliyyatın sona yaxınlaşdığını bildirib və onun daha iki–üç həftə davam edəcəyini proqnozlaşdırıb.
“Bu axşam məmnuniyyətlə bildirirəm ki, biz strateji məqsədlərə çatmağa yaxınıq”
Tramp əlavə edib ki, ABŞ növbəti iki–üç həftə ərzində İrana qarşı zərbələri “son dərəcə güclü” şəkildə davam etdirəcək.
Onun sözlərinə görə, bu, İranı “daş dövrünə” qaytarmağa imkan verəcək.
ABŞ mediası isə bu açıqlamaları skeptik qarşılayıb. The New York Times nəşri Trampın müraciətini son həftələrdə Truth Social platformasında dəfələrlə səsləndirdiyi fikirlərin təkrarı kimi qiymətləndirib.

