ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hərbi obyektə zərbələr endirib. Bu barədə Reuters agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Bundan başqa, ABŞ hərbçiləri bir neçə İran pilotsuz uçuş aparatını da ələ keçirərək məhv ediblər.
Mənbənin məlumatına görə, hücum ABŞ qüvvələri və Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükə yaratdığı iddia edilən obyektə qarşı yönəlib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib. Zərbənin detalları və mümkün nəticələri dəqiqləşdirilir.

