ABŞ hərbçiləri üç həftə ərzində 8000-dən çox hərbi hədəfə zərbələr endirib, o cümlədən təxminən 130 İran gəmisini vurub. Bu barədə The New York Times məlumat yayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin sözlərinə görə, İranın hərbi fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb.
“Onların donanması dənizə çıxmır. Taktiki qırıcıları uçmur və münaqişənin əvvəlində müşahidə olunan yüksək intensivliklə raket və pilotsuz aparat buraxmaq imkanlarını itiriblər”, – deyə Kuper bildirib.
O əlavə edib ki, İranın cənubundakı yeraltı raket bazalarına və anbarlara endirilən zərbələr Tehranın Hörmüz boğazında ticarət gəmiçiliyinə mane olmaq imkanlarını zəiflədib.
Bununla belə, admiral ABŞ və müttəfiqlərinin boğazın tam açılmasını necə və nə vaxt təmin edəcəyi ilə bağlı detalları açıqlamayıb.

