İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri Küveytdəki hərbi bazada hava hücumundan müdafiə sisteminə aid radiolokasiya stansiyasına zərbə endirib.
Bu barədə İranın Press TV telekanalı məlumat yayıb.
Məlumata görə, İran hərbçilərinin hədəfi Əli əs-Salem aviabazasında yerləşən radar stansiyaları və ABŞ Silahlı Qüvvələrinin hərbçilərinin toplandığı ərazi olub.
Onlara “Nəsr-2” əməliyyatının səkkizinci dalğası zamanı kombinə edilmiş zərbə endirildiyi bildirilir.

