IRIB dövlət yayımçısının məlumatına görə, hücumun hədəfi Boeing CH-47 Chinook helikopterlərinin hazırlıq mərkəzi, eləcə də Küveytdə yerləşən Əl-Ədiri hərbi bazasında avadanlıqların saxlandığı anqar olub.
Mənbənin bildirdiyinə görə, obyektə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kombinə edilmiş zərbə endirilib. Təlim mərkəzi ilə yanaşı, helikopterlər üçün texnika və ehtiyat hissələrinin saxlandığı anbar da hədəfə alınıb.
Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti “Doğru vəd-4” əməliyyatının 94-cü dalğasının həyata keçirildiyini açıqlayıb. Bildirilib ki, bu mərhələdə İsrail ordusunun hərbi-sənaye obyektləri, eləcə də komanda məntəqələri və bölmələrinin yerləşdiyi Dimona, Negev, Beer-Şeva və Ramat-Qan bölgələri də hədəfə alınıb.

